Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə yüksəlişlə başlayıb.
Ötən həftə iqtisadi sferada yaşanan hadisələr səbəbilə kəskin geriləyən Dollar/TL məzənnəsi bu həftə nisbətən yüksəlib.
Məzənnə Bakı vaxtı ilə saat 11:15-də 0,40% yüksələrək 7,7386 səviyyəsində icra edilib.
Qeyd edək ki, Türkiyə Respublikası Mərkəzi Bankı həftənin cümə axşamı noyabr ayı üzrə pul siyasəti iclasını həyata keçirəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!