Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə yüksəlişlə başlayıb.
Həftənin ilk iş günündən bəri məzənnədə müşahidə edilən yüksəliş dinamikası davam edərək 2%-i keçərkən gün ərzində 7.1479 səviyyəsi ilə 4 fevraldan bəri görülən ən yüksək səviyyə qeydə alınıb.
Dollar/TL məzənnəsi bu gün Bakı vaxtı ilə 12:28-də 7.1217 səviyyələrində icra edilib.
Xatırladaq ki, Dollar/TL məzənnəsi 2020-ci ili 7.4299 səviyyəsində başa vurmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!