Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə yüksəlişlə başlayıb.
8 səviyyəsindən yuxarı hərəkətliliyini davam etdirən məzənnə səhər saatlarında yeni rekorda imza atıb.
Çərşənbə axçamını 8,0860 səviyyəsində başa vuran Dollar/TL yeni günə yüksəlişlə başlayıb.
Kurs səhər saatlarında 8,21 səviyyəsinə yüksəlməklə növbəti rekord göstəriciyə imza atıb.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 11:00-da Türkiyədə oktyabr ayı üzrə iqtisadi inam indeksi açıqlanacaq. 11:30-da isə Türkiyə Respublikası Mərkəzi Bankı tərəfindən 2020-ci il üzrə 4-cü İnflyasiya Hesabatı açıqlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!