Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi inflyasiya öncəsi geriləməyə davam edir.
Dünən 1%-dən çox geriləyərək 6.81 səviyyəsindən 6.69-a enən məzənnə yeni günə də geriləyərək başlayıb, bütün diqqətlər inflyasiya göstəricilərinə yönəlib.
Uzun müddətdir ki, 6.80 səviyyələrində icra edilən Dollar/Tl yeni günə 6.70 səviyyəsində başlayıb. Dünən dolların qlobal birjalarda dəyər itkisi yaşaması səbəbilə türk lirəsi 1.5 faiz dəyər qazanmış və kurs 6.81-dən 6.69 səviyyəsinə geriləmişdi. Digər inkişaf etməkdə olan ölkə valyutaları da bu gün dollar qarşısında müsbət performans göstərir.
Xatırladaq ki, bu gün Türkiyədə may ayı üzrə inflsyasiya göstəriciləri açıqlanacaq. Günün irəliləyən saatlarında isə ABŞ-da özəl sektor üzrə məşğulluq hesabatı da birjaların diqqət mərkəzində olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!