Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi geriləməyə davam edir.
Lirə Türkiyənin Swap razılaşmaları üçün danışıqlar apardığına dair xəbərlərin sayəsində yenidən dəyər qazanıb.
Dünən gün ərzində 6.95 səviyyələri ətrafında dalğalanan Dollar/TL məzənnəsi axşam saatlarında Türkiyənin Swap razılaşmaları üçün danışıqlar apardığına dair xəbərin gəlməsilə geriləməyə davam edərək 6.96-dan 6.9002 səviyyəsinə enib.
Günü 6.9218 səviyyəsində başa vuran kurs yeni günə 6.91 səviyyəsində başlayıb.
Türk lirəsi bu səhərdən etibarən Meksika pesosu və Cənubi Afrika randından sonra ən çox dəyər qazanan inkişaf etmək olan ölkə valyutası olub.
Bu gün Türkiyə daxilində əmlak satışları, Mərkəzi Bankın may ayı üzrə proqnoz sorğusu, Amerikada isə aprel ayı üzrə pərakəndə satışlar və sənaye istehsalı göstəriciləri gündəm mövzusudur.
Bizi sosial şəbəkələrdən izləyin!!