Dollar/TL məzənnəsi 6 lirəni keçdi | Banco.az

Dollar/TL məzənnəsi 6 lirəni keçdi

Dünən ABŞ Prezidenti Donald Trampın Çin mallarına tətbiq edilən gömrük vergilərini artıracağını açıqlaması gərginliyi artırıb və bu vəziyyət Dolları dəstəkləyir.

Dollar/TL məzənnəsi 6.0048 səviyyəsini test edib.

Bakı vaxtı ilə saat 10:30-da Dollar/TL məzənnəsi 0.6% artımla 6.0006 səviyyəsində olub. Avro isə 6.70 lirəni keçib.

 

GÖZLƏR YSK-NIN QƏRARINDADIR

Son dövrdə TL-nin dəyərdən düşməsinin səbəblərindən biri olan İstanbuldakı seçki qeyri-müəyyənliyə bağlı Ali Seçki Komissiyasının (YSK) bu həftə qərar verməsi gözlənilir. Komissiya, bu gündən etibarən etirazları müzakirə edicək.

Ən sərfəli kredit üçün müraciət et

"Özyeğin" universitetindən Gizem Öztok Altınsaç məzənnədəki son yüksəlişə dair, "Trampdan Çin "tweet"i gəldi, biz dollarda yüksəliş gördük. Bu tamamilə xarici informasiya axını ilə bağlıdır, bu hərəkəti Cənubi Afrika rantında da gördük" deyib.

"Atlas Portfel"dən Cem Şekerci  isə bildirib ki, "Məzənnə  6 psixoloji dəstəyini keçdi. Yüksəliş  davam edəcək kimi görünür".

Marja