Dollar/Tl kritik həftəyə geriləmə ilə başladı | Banco.az

Dollar/Tl kritik həftəyə geriləmə ilə başladı

Ötən həftə 1 ay sonra ilk dəfə 6 səviyyəsindən geriləyən məzənnə üçün bu göstərici daimi olmadı, yeni həftəyə 6.04 səviyyələrində başladı.

Kurs bu gün ən aşağı 6.02, ən yüksək 6.06 səviyyəsini gördü.

Ekspertlər lirənin son dövrlərdə dəyər qazanmasında Mərkəzi Bankın faiz artımı qərarı, Yeni İqtisadi Proqramda daha məqbul inkişaf proqnozları müəyyən edilməsi, ABŞ keşişi Bransonun azadlığa buraxılacağı gözləntisi kimi yeniliklərin təsirinin olduğunu vurğulayırlar.

Ən sərfəli kredit üçün müraciət et

Bu həftənin çərşənbə günü açıqlanacaq inflyasiya göstəricisi Türkiyədə daxili bazarların ən mühüm gündəm maddəsidir. Sentyabr ayı üzrə inflyasiyanın 2.3% - dən 3.8% - ə, illik isə 17.90% - dən 21.50% - ə yüksəlməsi proqnozlaşdırılır.

Həmçinin oxu: Avro Zonasında inflyasiya 2% - i keçib

Tamara Mustafayeva, Banco.az