Kurs dünən inflyasiya göstəricilərinin açıqlanmasının ardınca başlayan yüksəlişini bugün də davam etdirib.
Dollar/Tl məzənnəsi Türkiyə saatı ilə 09:15 – də 6.07 səviyyəsindən, Avro/Tl məzənnəsi isə 6.99 – dan icra edilir.
ABŞ 10 illik xəzinə istiqrazlarının faizi İyul 2011 – ci ildən bəri ən yüksək səviyyəyə çıxması ilə inkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiq güclənir.
Bu gün inkişaf etməkdə olan ölkələrdən çoxunun valyutaları dollar qarşısında dəyər itirib. Cənubi Koreya vonu və Tayland Batı 1% - ə yaxın dəyər itiriblər.
Tamara Mustafayeva, Banco.az