Dollar/TL banklararası mübadilədə ilk dəfə 20 səviyyəsinə çatıb | Banco.az

Dollar/TL banklararası mübadilədə ilk dəfə 20 səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsindəki yüksəliş dinamikası yeni həftənin ilk ticarət günündə də davam edib.

Banco.az xəbər verir ki, Türkiyədə daxili bazarlar üç günlük tətildən sonra mayın 28-i, bazar günü  keçiriləcək prezident seçkilərinin ikinci turundən əvvəlki son ticarət həftəsinə başlayır.

Prezident Rəcəb Tayyib Ərdoğanın faizləri endirməyə davam edəcəklərinə dair çıxışından sonra Mərkəzi Bankın bu həftənin cümə axşamı baş tutacaq pul siyasəti iclası və bazar günü keçiriləcək seçkidən əvvəl Dollar/TL məzənnəsi yeni iş həftəsinə 20 səviyyəsini üstələyərək rekordla başlayıb.

Belə ki, qısa müddətlik 4,3 faiz yüksələrək 20,6588 səviyyəsinə çatan Dollar/TRY daha sonra qazanclarının bir hissəsini geri verərək 19,82 səviyyəsində stabilləşib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et