Dollarla əmanətinizin hansı hissəsi qorunmur? | Banco.az

Dollarla əmanətinizin hansı hissəsi qorunmur?

Depozitlərin sığortalanması haqqında qanunun müzakirəsinə və qəbuluna sayılı günlər qalmış Mərkəzi Bank kiçik və təhlükəli hesab olunan bankların lisenziyasını geri çəkir.

 Ekspertlər hesab edir ki, məhz bu bağlanan banklarda qorunmayan əmanətlərin həcmi qorunanlardan daha çoxdur. Bəs, qorunan əmanətlərin həcmi nə qədərdir. Qüvvədə olan qanunvericiliyə əsasən, hər bir kəsin bir bankda qorunan əmanətlərinin həcmi  (hesablanmış faizlər ilə birlikdə ) 30 min AZN-dir, sığortalanan əmanətlərin faizləri isə 12%-dən yüksək olmalı deyil.

Əhalinin əksər hissəsinin əmanətlərini dollarla yerləşdirməsinə maraqlı olduğunu nəzərə alaraq, dollarla olan və sığortalanan əmanətlərin həcmini müqayisə etmək qərarına gəldik.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hər dəfə devalvasiya olduqdan sonra qorunmayan əmanətlərin həcmi də artmışdır.

Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.  Bu zaman əmanətin valyutası fərq kəsb etmir, lakin qaytarılan vəsait 30 min AZN civarında olur. Beləliklə Sizin dollarda yerləşdirməli olduğunuz əmanətin həcmi azalır və ya öncədən yerləşdirmiş olduğunuz əmanətin bir hissəsini itirmək təhlükəsi artır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et