Dollarizasiyaya daha bir ölkə qoşulacaq | Banco.az

Dollarizasiyaya daha bir ölkə qoşulacaq

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İran BRİKS çərçivəsində ticarət, iqtisadi və maliyyə əməliyyatlarını “de-dollarizasiya” etməyə çalışacaq.

Banco.az xəbər verir ki, bunu “Ria Novosti”yə müsahibəsində İran XİN nazirinin müavini Əli Baqiri deyib.

Onun sözlərinə görə, bu, Tehran üçün ən mühüm vəzifələrdən biridir. Baqiri qeyd edib ki,  BRICS-də bu iş sahəsində fəaliyyətlər artıq başlayıb və  ümid edirik ki, bu vəzifəni mümkün qədər tez həyata keçirmək üçün prosesləri sürətləndirəcəklər.

Qeyd edək ki, 2024-cü il yanvarın 1-dən BRICS-ə BƏƏ, İran, Səudiyyə Ərəbistanı qoşulacaq.  Assosiasiyanın dövlətləri bir neçə ildir ki, ticarətdə dolların payını azaltmaq, milli valyutalara və avroya keçmək üçün çalışırlar.

Ekspertlərin fikrincə, dollardan imtina inkişaf etməkdə olan ölkələrə ABŞ Federal Ehtiyat Sisteminin siyasətindən asılılığını azaltmağa və maliyyə sistemlərini gücləndirməyə imkan verəcək.  Qeyd edək ki, noyabrın sonunda Pakistan BRICS-ə qoşulmaq üçün ərizə təqdim edib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün bildirək ki, “de-dollarizasiya” dünyanın əsas ehtiyat valyutası kimi ABŞ dollarından (USD) asılılığından uzaqlaşma prosesidir.

ABŞ İkinci Dünya Müharibəsindən sonra dünyanın ən böyük iqtisadi gücü kimi ortaya çıxdıqdan sonra dollar əsas ehtiyat valyutası və beynəlxalq biznes üçün əsas mübadilə vasitəsi olaraq qalır. Ümumiyyətlə, “de-dollarizasiya” dollarlaşma meyllərinin azalması və ya azaldılmasıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram