Dolların ucuzlaşmasının davam edəcəyi proqnozları güclənib | Banco.az

Dolların ucuzlaşmasının davam edəcəyi proqnozları güclənib

Foreks bazarlarında dolların qiymətində müşahidə edilən sonuncu ucuzlaşma noyabrın minimumuna kimi davam edəcəyi proqnozlarını gücləndirib.


FX: Noyabrın minimumuna kimi dollarda ucuzlaşma proqnozları. 

Beynəlxalq valyuta birjalarında Amerika prezidenti ilə mərkəzi bank (FED) sədrinin Ağ Evdə ani görüşündən sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərində 0.3%-lik ucuzlaşma müşahidə edilib. 

Qiymətlər cari həftənin minimum səviyyəsi altında qalarsa, ucuzlaşma noyabrın minimumlarına kimi dərinləşə bilər. 

Qızıla olan tələbin ikinci artım dalğası. 

Əlvan metallar bazarlarında da qızıla olan tələb son bir həftə ərzində ikinci artım dalğasını yaşayır. Bir unsiya üzrə qiymət 1475$-ın üzərində qalarsa, bahalaşma 1494$-a kimi güclənə bilər. 

Qeyd etmək lazımdır ki, prezident Donald Tramp FED-in uçot faizi, bahalaşan dollar, Çin, Avropa və s. ilə ticarət əlaqələrinin müzakirə edildiyi görüşü "çox yaxşı və ürəkaçan" adlandırıb. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.