Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ məşğulluq göstəriciləri əməkhaqqı inflyasiyasının zəiflədiyinə işarə edərək dollara təzyiqi gücləndirib.
Banco.az xəbər verir ki, Bank of America (BofA) hesab edir ki, dollar ilin birinci rübündə son ucuzlaşmanın bir hissəsini kompensasiya edəcək, lakin bu tendensiya uzunmüddətli olmayacaq.
Bankın analitikləri Avro/Dollar məzənnəsinin ilin birinci rübündə aşağı enəcəyini, ancaq sonra yenidən yüksələcəyini gözlədiklərini söyləyiblər.
Qeyd edək ki, Avro/Dollar məzənnəsi sonuncu dəfə noyabr ayında 1 səviyyəsinə yaxınlaşıb və daha sonra dolların ümumi zəifləməsi ilə bərpa olunub. Hazırda 1 avro 1,07 dollara bərabərdir.
Bizi sosial şəbəkələrdən izləyin!!