Banklarda Dolların satış qiyməti sürətlə düşür.
Artıq 1 Dolları NBC Bank 1.7250 manata və AmrahBank 1.72 manata satır. Bu, Mərkəzi Bankın Fevralın 10-na elan etdiyi 1.7301 manat olan rəsmi məzənnədən daha da aşağıdır.
Bankların Dolları Mərkəzi Bankın rəsmi məzənnəsindən aşağı qiymətə satmaları, Manatın daha da möhkəmlənəcəyinə işarədir. Mərkəzi Bankda növbəti hərracın Fevralın 14-də baş tutacağı gözlənilir. Dolların daha da aşağı düşməsini Mərkəzi Bankın müdaxiləsi dayandıra bilər.
Qeyd edək ki, banklarda Dolların alış qiyməti 1.58-1.65 manatadək düşüb.
Mənbə: Marja.az