Dolların məzənnəsi ilə bağlı yeni proqnoz | Banco.az

Dolların məzənnəsi ilə bağlı yeni proqnoz

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

ABŞ-da maliyyə bazarları çökməyə başlaya bilər.

Banco.az xəbər verir ki, bu barədə iqtisadçı Mixail Xazin danışıb. Onun sözlərinə görə, bu baş verəndə dolların məzənnəsi o qədər yüksələcək ki,  investorlar pullarını saxlamaq üçün başqa alternativ tapa bilməyəcəklər. 

Ekspert hesab edir ki,  uzunmüddətli əmanətləri Amerika milli valyutasından yaxşı qoruya biləcək başqa aktiv yoxdur. 

Ekspertin fikrincə, dolların məzənnəsi yeni maliyyə böhranının başlaması fonunda kəskin yüksələcək, lakin dünya iqtisadiyyatı onun nəticələrinə uyğunlaşdıqca, ABŞ valyutasının əvəzedicisi ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram