Dolların güclənməsi nefti ucuzlaşdırdı | Banco.az

Dolların güclənməsi nefti ucuzlaşdırdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ucuzlaşmağa başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti həftənin çərşənbə günü baş tutacaq FED iclasından əvvəl dolların qlobal miqyasda dəyər qazanması fonunda ucuzlaşıb.

ABŞ xam neftinin (WTI) oktyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,8% yüksəlməklə hazırda bir bareli 71.42 dollara icra edilir.

Brent markalı neftin noyabr fyuçersi isə London əmtəə birjasında cümə günü 0,4% ucuzlaşdıqdan sonra 0,6% bahalaşaraq bir bareli 74.86 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et