Dolların güclənməsi inkişaf etməkdə olan ölkələrə mənfi təsir göstərir | Banco.az

Dolların güclənməsi inkişaf etməkdə olan ölkələrə mənfi təsir göstərir

Müəllif - Tamara Mustafayeva, Banco.az

2022-ci ildə dolların kəskin möhkəmlənməsi yoxsul ölkələrin valyutalarına təzyiq göstərib. Eyni zamanda inkişaf etməkdə olan bazarlardan inkişaf etmiş bazarlara kapital axınına səbəb olub.

Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri məlumat verib. Məlumata görə, dollar ötən il 8 faiz bahalaşıb və 2002-ci ildən bəri ən yüksək həddə çatıb. ABŞ valyutasının möhkəmlənməsi 14 faizə çatıb. BVF-nin hesabatına əsasən, dolların orta hesabla 10 faiz möhkəmlənməsi inkişaf etməkdə olan ölkələrin ÜDM-nin il ərzində 1,9 faiz azalmasına gətirib çıxardığı məlum olub.

Bununla yanaşı, fondun ekspertləri bu il ticarət-maliyyə sektorunda dolların möhkəmlənməsi nəticəsində yaranan disbalansın düzəldiləcəyini, kapitalın inkişaf etməkdə olan bazarlardan inkişaf etmiş bazarlara axınının azalacağını proqnozlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram