Dolların ciddi ucuzlaşması gözlənilmir - Samir Əliyev | Banco.az

Dolların ciddi ucuzlaşması gözlənilmir - Samir Əliyev

"Dolların rəsmi məzənnəsinin son günlər cüzi ucuzlaşması daha çox manata inamı qaytarmaq məqsədi daşıyır və böyük ehtimalla qısamüddətli olacaq. Bunu Mərkəzi Bankın onu çıxılmaz vəziyyət qoyan digər qurumlara qarşı revanşı kimi də qiymətləndirmək olar" - Samir Əliyev sosial şəbəkədə məsələ ilə bağlı öz mövqeyini bildirib. 

Dolların ciddi ucuzlaşması gözlənilmir və bir müddətdən sonra onun yenidən bahalaşmasını müşahidə edəcəyik. Mərkəzi Bank fevral ayında məzənnə siyasətini bivalyuta səbəti əsasında müəyyənləşdirməyə başlaması da formal xarakter daşıyır. Səbətin strukturu hələ də açıqlanmır. Ancaq ehtimal etmək olar ki, avronun payı çox azdır və bu nisbət 90\10 (dollar\avro) şəklindədir. Real nisbətlə bağlı açıqlamanın verilməməsi onu göstərir ki, Mərkəzi Bank hələ konkretləşdirməyib. Ola bilsin Mərkəzi Bank bu nisbəti 80/20-yə dəyişsin. İstənilən halda bu il avronun ucuzlaşması davam edəcək və deməli, bu, manatın məzənnəsinə də təsir göstərək. Avronun ucuzlaşması fonunda manatın kəskin bahalaşmasına imkan verməmək üçün manatın da dollara nisbətən ucuzlaşması baş verəcək. İstənilən halda yumşaq devalvasiya prosesi hələ də qüvvədədir

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et