"Amundi Asset Management"ə görə, 2018-ci ildə risk iştahına əhəmiyyətli dərəcədə mənfi təsir edən dollarda yüksəliş meyli keçmişdə qaldı və bu vəziyyət inkişaf etməkdə olan bazarlar üçün yaxşıya işarədir.
"Amundi"nin CIO-su Paskal Blanque verdiyi müsahibəsində, "İki makro təhdid - Dolar və ABŞ mənşəli yüksək faiz - təməl olaraq azalıb və artıq geridə qaldı. İnkişaf etməkdə olan ölkə valyutalarının çoxunun gələcək dövrdə bahalaşması üçün sahə var. Bu səbəbdən, bu yaxşı xəbərdir" deyib.
Beləliklə, Avropanın ən böyük aktivlərin idarə edilməsi şirkəti "Amundi" də, Dolların ucuzlaşacağını gözləyən "Morgan Stanley", Goldman Sachs Group" kimi bir sıra bank və investorlara qatılıb. Dolların, ticarət gərginliyinin azalması və Fed-in faiz artırmağı dayandırması ilə əlaqədar olaraq ucuzlaşacağı gözlənilir.
MSCI İnkişaf Edən Bazarlar Valyuta indeksi Yanvar ayında 1.9 faiz artaraq bir ilin ən güclü aylıq yüksəlişini qeyd edib.
"Amundi" 1.4 trilyon dollarlıq aktivləri idarə edir.
Marja