Dolların bahalaşacağı proqnozlaşdırılır | Banco.az

Dolların bahalaşacağı proqnozlaşdırılır

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin 0.4%-ə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

Qlobal ticarət böhranının həllinə dair müsbət açıqlamalar, Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına təsir edə biləcəyi proqnozlaşdırılır.

Amerikanın bazar ertəsi tətbiqi gözlənilən Meksika məhsullarına qarşı idxal rüsumlarının 5%-ə kimi artırılması qərarının ərtələnməsi, Meksika hökümətinin isə qanunsuz miqrantlara qarşı tədbirlərini gücləndirəcəklərinə dair açıqlamaları bu qəbildən olan müsbət xəbərlərdir. Bununla yanaşı, ABŞ prezidenti Donald Tramp da Çin ilə ticarət sazişi fonunda razılığın əldə olunması ilə bağlı ümidli olduğunu açıqlayıb. 

Ən sərfəli kredit üçün müraciət et

Foreks bazarlarıda dolların qiymətləri may ayının minimum səviyyələrində ticarət olunur və cari səviyyələrdən dəstək görərək, 0.3% bahalaşa bilər.

EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.12 və 1.26$-a kimi ucuzlaşa bilər.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərənin əmək bazarı və saat 16:30-da Amerikanın istehsal qiymətləri indeksi ilə bağlı önəmli fundamental məlumatlar da açıqlanacaqdır.

InvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et