Bu gün dolları ən baha alan və ən ucuz satan banklar məlum olub.
Bu gün dolları ən yüksək qiymətə alan banklar “Günay Bank” (1,6450 manat), “Bank Avrasiya” (1,6420 manat), “Bank of Baku”dur (1,6400 manat).
Digər banklarda dolların alış kursu 1,6000 - 1,6350 manat səviyyələrindədir.
Dolları ən aşağı qiymətə satan banklar isə “Amrahbank” (1,6650 manat), “Günay Bank” (1,6700), “Melli İran Bankı”nın Bakı filialıdır (1,6700 manat).
Digər banklarda dolların satış məzənnəsi 1,6750 - 1,7150 manat səviyyələrindədir.
Mənbə: Marja.az