Dollardakı dalğalanma investorların diqqət mərkəzində | Banco.az

Dollardakı dalğalanma investorların diqqət mərkəzində

Bu həftə dollardakı dalğalanma investorların diqqət mərkəzində olacaqdır.

EUR

Beynəlxalq valyuta birjalarında FED-in bazar ertəsi uçot faizini 0.25%-ə kimi azaltması və aparıcı dövlətlərin mərkəzi bankları tərəfindən dollar kreditlərini asanlaşdırmaları qərarına dair xəbərlər, EUR/USD məzənnəsinin ucuzlaşması dinamikasının zəifləməsinə səbəb olub. Yuxarıdakılara baxmayaraq, avro 1.12$-ın altında qaldıqca, ucuzlaşmaqda davam edə biləcəyi proqnozları yüksək olaraq qalır. 

GBP

GBP/USD məzənnəsində də ucuzlaşma dinamikası zəifləyib. Lakin burada da təhlillər onu göstərir ki, 1.22$-ın qırılması ilə GBP/USD məzənnəsində ucuzlaşma dərinləşəcəkdir. 

Qeyd etmək lazımdır ki, İngiltərədə inflyasiya və iqtisadi inkişafın daha da azalması proqnozlaşdırılır. 

TRY

USD/TRY məzənnəsi 6.31TL-nin üzərində ticarət edilməkdədir və 6.33TL-nin yuxarı istiqamətdə qırılması ilə 6.46TL-yə kimi də bahalaşa bilər. 

OIL

Enerji birjalarında Brent markalı neftin bir barel qiyməti 33$-ın altında dalğalanmaqdadır və 37$-ın altında qaldıqca, ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır. Dünya bazarlarında neft təklifinin artması ehtimalları, qiymətlərin ucuzlaşmasına səbəb olan əsas amildir. 

GOLD

Əlvan metallar birjalarında qızılın bir unsiya üzrə qiyməti yenidən 1524$-da (49 $/qram) dəstək görərək, bahalaşmağa başlayıb. Təhlillərə əsasən, qiymət 1575$-ın (50.6 $/qram) qırılması ilə yenidən bahalaşmağa başlaya bilər və növbəti ən yaxın hədəflər 1610 (51.8 $/qram) və 1650$-dır (53.1 $/qram). 

İnvestAZ