Dollarda bahalaşma proqnozları gündəmdə | Banco.az

Dollarda bahalaşma proqnozları gündəmdə

Bu gün Amerika prezidentinin verəcəyi açıqlamalar və Çin ilə gələcək münasibətlərə dair getirəcəyi aydınlıq öncəsi, dollara tələb güclü olaraq qalır. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir və bahalaşmanın son iki ilin maksimum səviyyələrinə kimi davam edəcəyi proqnozları gündəmdə qalmaqdadır. 

Qızıl qiymətlərində yeni minimumlar

Digər maraqlı hadisə isə əlvan metallar bazarlarında qızılın ucuzlaşaraq, yeni minimumlar yaratmasıdır. Beləliklə, 1466$-ın altında təklif edilən bir unsiya üzrə qiymət, 1448$-ı da aşağı istiqamətdə qırarsa, 1420$-a kimi dəyər itirə bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, bu gün ABŞ prezidentinin Çin ilə bağlı gələcək iqtisadi münasibətlərə dair verəcəyi açıqlamalar da böyük maraqla gözlənilməkdədir. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

marja

 

Ən sərfəli krediti almaq üçün müraciət et