Dollara təzyiqlər daha da artıb, qızıl bahalaşmaqdadır | Banco.az

Dollara təzyiqlər daha da artıb, qızıl bahalaşmaqdadır

FED sədrinin açıqlamalarından sonra dollara olan təzyiqlər daha da artıb, qızıl bahalaşmaqdadır.

FX: FED-in açıqlamaları və dollar

Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bank (FED) sədrinin konqres qarşısında verdiyi açıqlamalarında iqtisadi risklərə toxunması, dollara olan təzyiqləri daha da artırıb. 

Avronun 1.12$-a kimi bahalaşması ehtimalları

Beləliklə, EUR/USD məzənnəsi də 1.10$-ın üzərində ticarət edilir və 1.1020$-ın qırılması isə 1.12$-a kimi bahalaşma ehtimallarını yenidən artıracaqdır. 

Ən sərfəli kredit üçün müraciət et

Qızıla olan tələb yenidən artır

Yuxarıdaki hadisə əlvan metallar bazarlarında da qızıla olan tələbi artırıb. Bahalaşaraq, 1464$-ın üzərində ticarət edilən bir unsiya üzrə qiymət, 1473$-ın qırılması ilə daha da sürətlənə bilər. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et