Dollara təsir edəcək məlumatlar açıqlanacaq | Banco.az

Dollara təsir edəcək məlumatlar açıqlanacaq

Qlobal bazarlar Fed-in faiz artırmasına fasilə verəcəyi ehtimalını gücləndirə biləcək ABŞ-ın məşğulluq göstəricilərini gözləyir. Dollar ucuzlaşır.

Bu gün Dolların qiymətlərinə təsir edə biləcək mühüm məlumatlar açıqlanacaqdır. Qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq, işsizlik və maaş artımı məlumatlarına fokuslanıb.

ABŞ-da məşğulluğun və maaşların artması, FED-in faiz artırması üçün mühüm əhəmiyyət daşıyır.  

Noyabr ayına dair kənd təsərrüfatı xaric məşğulluq məlumatı Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaqdır. 

ABŞ-da Noyabrda məşğulluğun 200 min artacağı gözlənilir. Oktyabrda məşğulluq 250 min nəfər artmışdı.

Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin Noyabrda 3,7%-də qalacağı proqnozlaşdırılır. Oktyabrda da işsizlik 3,7% təşkil etmişdi.

Həmçinin ABŞ-da maaşların illik və aylıq saatlıq artım nisbətləri də açıqlanacaqdır. Saatlıq maaşın Noyabrda orta hesabla ayıq 0,3% artacağı gözlənilir. Sentyabrda aylıq artım 0,2% olmuşdu. Maaşın illik müqayisədə isə 3,1% artacağı gözlənilir. Oktyabrda illik artım 3,1% təşkil etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Dolları, məşğulluq hesabatı öncəsi - bu həftə G - 10 pullarının hamısı qarşısında dəyər itirib. Məşğulluq artımının Noyabrda səngidiyi güman edilir.

Həmçinin "Huawei Technologies" şirkətinin maliyyə direktorunun həbs olunması, ABŞ - Çin münasibətlərini pisləşdirə bilər.

Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.

ABŞ Mərkəzi Bankı Fed-in bu il faizləri 4 dəfə artıracağı gözlənilir. Artıq faizlər 3 dəfə artırılıb. Gələn il isə Fed-in faiz artırmağa fasilə verəcəyi gözlənilir. 

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et