Müəllif: Gülnar Əhmədli, Banco.az
Dollara olan tələb 100 faizdən çox artıb. Bəs bunun səbəbi nədir və bu manat üçün təhlükə yaradacaqmı?
Banco.az-ın məlumatına görə, iqtisadçı-ekspert Eldəniz Əmirov sualı şərh edərkən bildirib ki, dollara olan tələbin kəskin artma səbəbi kimi bir sıra məqamları qeyd etmək olar:
"Amma bunlar arasında əsas amil yeni tədris mövsümü ilə əlaqədar dollara tələbin artmasıdır. Məktəb ləvazimatlarının, vəsaitlərinin, məktəbli formalarının və digər idxal məhsullarının ölkəyə gətirilməsi prosesinin başlaması dollara olan tələbi artırıb. Digər bir amil isə xaricdə təhsil alan tələbələrin növbəti tədris ilinə hazırlıqlara başlamasıdır.
Nəzərə alsaq ki, bu proses hələ bir müddət davam edəcək, qarşıdakı müddətdə dollara tələbinin yüksək qalması mümkündür".
Bəs bu manat üçün hansısa təzyiq və məzənnə dəyişikliyi üçün zərurət yarada bilərmi?
"Nəzərə alsaq ki, yuxarıda qeyd etdiyim amillər bir-iki aylıq dövrü əhatə edəcək, deməli dollara tələbin artım dinamikası davamlı olmayacaq. Ona görə də hər hansı bir ciddi təzyiqdən söz gedə bilməz. Ölkənin mövcud valyuta ehtiyatları (hazırda 66 milyard dollar) və mövcud neft qiymətləri manata qorxu yaratmadan, onun "relax"ına imkan verəcək".
Bizi sosial şəbəkələrdən izləyin!!