Azərbaycan Mərkəzi Bankı (AMB) bugün növbəti valyuta hərracını həyata keçirəcək. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hərraca 50 mln. ABŞ dollarını satışa çıxarıb, amma hərracda tələb yarım milyard dolları keçib.
"Report"un analitik qrupu AMB-nin iyunun 29-narəsmi məzənnəni 1,5363 AZN/USD səviyyəsinə yüksəlməsi ehtimal edilir. Xatırladaq ki, "Brexit" referendumundan sonra qlobal maliyyə bazarlarında baş verən kəskin dalğalanmalar Azərbaycanın nağd valyuta bazarında da dollara tələbi artırıb. Belə ki, iyunun 24 və 27-də nağd valyuta bazarında dolların satışı maksimal həddə -1,5945-ə yüksəlib və hətta bir çox kommersiya bankında dollar satışı məhdudlaşdırılıb.
Agentliyin ekspertləri bildiriblər ki, ümumiyyətlə, qlobal maliyyə bazarlarında stabilləşmənin bərpa olunması ilə nağd valyuta bazarında dollara tələb bir qədər azalcaq. Ümumiyyətlə isə, iyul və avqust aylarında dollara tələbin yüksək olması və rəsmi məzənnənin 1,56 səviyyəsinə qədər artması ehtimal edilir.