Dollara qlobal tələb artır | Banco.az

Dollara qlobal tələb artır

Beynəlxalq bazarlarda davam edən güclü dollar tələbi qlobal valyuta bazarında pozulmalara səbəb olur.

Bloomberg Dollar Spot İndeksi (BBDXY) altı seanslıq yüksəlişini davam etdirərək Çərşənbə axşamı günü 3 ilin ən yüksək səviyyəsini görmüşdü.  

Avstraliya Dolları 2003-dən bəri ən aşağı səviyyəyə geriləyib və Yeni Zelandiya Dolları qarşısında 1 səviyyəsinə yaxınlaşıb. Bu səviyyə 1970-lərdən bəri qeydə alınmayıb. Kanada Dolları dörd ilin ən aşağı səviyyəsinə geriləyib, sterlinq isə Sentyabrdan bəri ən zəif səviyyəyə yaxındır. Avro da dollar qarşısında ucuzlaşıb. Yalnız yen və frank bu ay dolların qarşısında dayanmağı bacarıb.

Bu gün Avro/Dollar məzənnəsi 1%-ə yaxın geriləyərək 1.09 səviyyələrinə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Fed-in bu ay iki dəfə faiz endirməsinə baxmayaraq maliyyə bazarlardakı maliyyələşmə böhranı dolların bahalaşmasına səbəb olur.  

Analitiklər bildirirlər ki, likvidlik gərginliyi davam etdikcə dollara tələb böyük bir ehtimalla güclü qalacaq. Artıq bazarlara faiz kimi təməl göstəricilər istiqamət vermir. Hərəkətə səbəb olan likvidlik, volatillik və kredit problemləridir. 

Dolların 10 mühüm valyuta qarşısında dəyərini göstərən Bloomberg Dollar İndeksi 1258 səviyyəsini aşıb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et