Müəllif:Ayşən İmanova/Banco.az
Hazırda dünya ölkələrinin yarıdan çoxu dollara bu və ya digər dərəcədə boykot elan edib.
Banco.az xəbər verir ki, bu barədə “RİA Novosti” öz təhlilinə istinadən məlumat yayıb.
Agentlik ölkələri üç qrupa bölüb. 94 dövlətin daxil olduğu birinci qrupda maliyyə orqanları dollara qarşı açıq şəkildə çıxış etməyib və məhdudlaşdırıcı tədbirlər tətbiq etməyib. Müəlliflər qeyd edirlər ki, bura həmçinin ABŞ valyutasını rəsmi valyuta kimi istifadə edən Panama, El Salvador və Marşal adaları kimi ölkələr də daxildir.
İkinci qrupa aktiv olaraq milli valyutalarda ödənişlərə keçməyə başlayan və ya dollardan istifadəyə məhdudiyyətlər tətbiq edən dövlətlər daxil edilib. Bura 46 ölkə aiddir.
Üçüncü qrupa müəlliflər açıq şəkildə Amerika valyutasına qarşı çıxış edən dövlətləri daxil edib. Bu kateqoriyaya 53 ölkə salınıb.