“Dollara alternativ valyuta olacağı gözlənilmir” | Banco.az

“Dollara alternativ valyuta olacağı gözlənilmir”

Müəllif - Aida İsaq, Banco.az

“Dünya tədricən dollardan imtina etsə də, yaxın gələcəkdə müvafiq valyutaya alternativin olacağını düşünmürəm”.

Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva Kaliforniyanın Beverli Hills şəhərində Milken İnstitutunun təşkil etdiyi konfransda məlumat verib. Fond təmsilçisi BVF-ni narahat edən problemlərdən də danışıb. Beləliklə, K.Georgiyeva qlobal maliyyə sektorunun artan həssaslığını, inkişaf etməkdə olan ölkələrdə borc artımını və borcların restrukturizasiyasının zəruriliyini vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram