Dollar yenidən təzyiq altında | Banco.az

Dollar yenidən təzyiq altında

Beynəlxalq maliyyə bazarlarında ABŞ və Çin arasında böhranın böyüməsi və FED-in imkanlarını və təsir gücünü azaldır.

ABŞ və Çin arasında böhranın böyüməsi və FED

Beynəlxalq maliyyə bazarlarında Amerika ilə Çin arasında böhranın yeni mərhələyə yüksəlib. Belə bir qlobal iqtisadi və siyasi vəziyyətdə isə Amerika mərkəzi bankının (FED) sonuncu 0.25%-lik faiz azaldılmasının da iqtisadiyyata müsbət təsiri zəif qiymətləndirilir. Bu səbəbdəndir ki, dolların aparıcı valyutalara nisbətən qiymətləri də daha da ucuzlaşıb. 

 

Avro 1.11, qızıl 1437$-a kimi korreksiya edə bilər

Ən sərfəli kredit üçün müraciət et

EUR/USD məzənnəsi isə 1.1249$, qızılın bir unsiya üzrə qiyməti isə 1475$-a kimi bahalaşdıqdan sonra korreksiya edib. 

Təhlillərə əsasən, yuxarıdaki maliyyə alətləri sözügedən səviyyələrin altında qaldıqca, korreksiyalar avroda 1.11, qızılda isə 1437$-a kimi dərinləşə bilər. 

Almaniya və ABŞ-dan önəmli fundamental göstəricilər açıqlanacaqdır. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:00-da Almaniyadan açıqlanacaq sənayə sifarişlərinin həcmi və saat 18:00-da Amerikanın əmək bazarında təklif edilən boş iş yerlərinin sayı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzində olacaqdır.  

İnvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et