ABŞ-dan açıqlanacaq iqtisadi inkişaf və neft ehtiyatları ilə bağlı göstəricilər öncəsi, dollar və neftdə bahalaşma müşahidə edilir.
FX: Dollar son 2 ilin maksimumuna doğru
Beynəlxalq valyuta birjalarında Amerika prezidentinin Çin ilə ticarət sazişinin birinci mərhələsinin imzalanmasına daha da yaxınlaşdıqlarını açıqlaması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin daha da bahalaşmasına səbəb olub.
Beləliklə, noyabr ayının maksimumunda ticarət edilən dollarda bahalaşma, son iki ilin maksimumuna kimi də davam edə bilər.
Brent nefti bahalaşmaqdadır
Maliyyə bazarlarında verilən müsbət mesajlar, enerji birjalarında neft qiymətlərinin də dəyər qazanmasına səbəb olur və Brent neftinin bir barel qiyməti 65$-a kimi bahalaşa bilər.
ABŞ-dan iqtisadi inkişaf və neft ehtiyatları ilə bağlı göstəricilər açıqlanacaqdır.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da Amerikanın iqtisadi inkişafına və saat 19:30-da neft və benzin ehtiyatlarına dair önəmli fundamental məlumatlar da dərc ediləcəkdir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.