Dollar və funt ucuzlaşa, avro isə bahalaşa bilər | Banco.az

Dollar və funt ucuzlaşa, avro isə bahalaşa bilər

Beynəlxalq enerji birjalarında Amerikanın Texas neftinin qiymətində 0.03$-a kimi ucuzlaşma, Amerikanın iqtisadiyyatında da özünü göstərəcəyi gözlənilir. Rusiya ilə Səudiyyə Ərəbistanı arasında bazar uğrunda dərinləşən mübarizə, enerji birjalarında neft qiymətlərinin ucuzlaşmasına səbəb olmaqdadır. Bu mübarizədə isə Amerikanın şist neftinin rəqabət aparmaq imkanı çox azdır. 

Enerji birjalarında neft qiymətlərində yaranmış son mənzərə, valyuta birjalarında dollar və funtun qiymətinə mənfi, avronun isə bahalaşmasına təsir edə bilər. Lakin enerji birjalarında cari tendensiyanın EUR/USD və GBP/USD məzənnələrində də öz əksini tapması üçün burada son iki ay ərzində formalaşmış önəmli müqavimət və dəstək səviyyələrinin qırılması lazımdır. 

EUR/USD valyuta cütlüyünün qiyməti hazırda 1.08$ dəstək, 1.09$ müqavimət, GBP/USD qiyməti 1.24$ dəstək, 1.24$ müqavimət səviyyələri aralığında dalğalanmaqdadır. 

Enerji birjalarında digər maraqlı məqam isə təbii qazın qiymətində müşahidə edilən sürətli bahalaşmadır. Təhlillərə əsasən, təbii qazın qiymətindəki bahalaşma 2.022$-ın qırılması ilə daha da sürətlənə bilər. 

Bütün yuxarıdaki məqam və təhlillərə bu gün dərc ediləcək önəmli fundamental məlumatlar da önəmli təsir edəcəkdir. Bunlara Bakı vaxtı ilə saat 10:00-da İngiltərənin əmək bazarı, saat 13:00-da Almaniya və Avrozonanın gələcək iqtisadi gözləntilərini ölçən indeks və saat 18:00-da Amerikanın daşınmaz əmlak bazarına dair yayımlanacaq önəmli göstəricilər aiddir. 

Ən sərfəli kredit üçün müraciət et

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et