Dollar təzyiq altında, Breksit sazişi gündəmdə | Banco.az

Dollar təzyiq altında, Breksit sazişi gündəmdə

Bu gün İngiltərə hökümətinin Avropa Birliyi ilə razılaşdırdığı Breksit sazişinin parlamentdə növbəti müzakirəsi investorların diqqət mərkəzində olacaqdır.

 

FX: Dollar təzyiq altında qalmaqdadır. 

Beynəlxalq valyuta birjalarında ABŞ və Çin arasında ticarət böhranının həlli istiqamətində ilkin sazişin imzalana biləcəyi planlarına baxmayaraq, investorlar ehtiyatlı mövqe tutublar. Bu, ticarət aktivliyinin azalmasına, xüsusilə də dolların bahalaşa bilməməsinə səbəb olur. 

 

EUR/USD və GBP/USD maksimumlarda ticarət edilir. 

Belə ki, avro və funta dollarla müqayisədə tələb son bir ayın maksimum səviyyələrindədir. Buna razılaşdırılmış Breksitin baş tuta biləcəyi ümidləri də müsbət təsir edir. 

 

Breksit sazişinin ratifikasiya gündəmdə. 

Bununla yanaşı, bu gün İngiltərə parlamentinin ikinci oxunuşunda Breksit sazişinin ratifikasiyasının müzakirəsi gözlənilir. Hökümət Avropa Birliyi ilə imzaladığı Breksit sazişini yuxarı və aşağı palatada üç oxunuşdan keçirməlidir. Məhz bundan sonra Avropa parlamenti qanunu qəbul edəcəkdir. Lakin bütün bunlar üçün vaxt daralır, çünki baş nazir Boris Conson ölkəni oktyabrın 31-nə kimi AB-dən ayırmaq istəyir. 

İnvestAz