Son günlər ABŞ iqtisadiyyatına dair açıqlanan zəif fundamental göstəricilərə əmək bazarı göstəriciləri də daxil edilə bilər, dollar təzyiq altında.
ABŞ-dan əmək bazarı göstəriciləri üzrə proqnozlar zəifləyib
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutala nisbətən qiymətləri bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikadan açıqlanacaq əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar öncəsi 0.4% bahalaşıb. Lakin göstəricilər üzrə proqnozlar dolların yenidən ucuzlaşa biləcəyinə əsaslar verir.
Avro və neft üzrə proqnozlar artım istiqamətlidir
EUR/USD məzənnəsi də 1.12$-ın üzərində ticarət edilir və beləliklə, 1.13$-a kimi bahalaşa biləcəyi proqnozları da güclü olaraq qalır.
Enerji birjalarında isə Avropanın Brent nefti 69$-ın üzərində dalğalanır və 71 və 73$-a kimi dəyər qazana bilər.
İnvestAz