Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
Banco.az Mərkəzi Banka istinadən məlumat verir ki, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1900 manatdan 1.1911 AZN-ə qədər yüksəlib.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində isə dəyişiklik qeydə alınmayıb. Belə ki, 1 dollar hazırda 1,0474 AZN təşkil edir.
Rusiya rublunun kursunda isə bahalaşma müşahidə olunub. 1 rubl 0,0195-dən 0,0196 manata qədər yüksəlib.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.