Dollar satışına limit aradan qaldırılıb | Banco.az

Dollar satışına limit aradan qaldırılıb

Paytaxtda istənilən məbləğdə dollar alışı mümkündür

Azərbaycandakı banklarda dolların satışına limit aradan qaldırılıb. Valyutadəyişmə məntəqələrində onların kifayət qədər valyuta ehtiyatı var və istənilən məbləği dəyişə bilərlər. Ona görə də məntəqələr qarşısında sıxlıq müşahidə edilmədi və hər kəs sərbəst şəkildə öz vəsaitlərini çeviridilər. 

Mübadilə şöbələrindən birinin satıcısı Cavid adlı şəxs deyir ki, ötən həftənin sonunda insanların çoxunun mübadilə şöbəsinə gələrək pulunu dollara çevirmək istəyi onları dollar satınında limit tətbiq etməyə məcbur edib. Ona görə də satıcılar əllərində olan dolları satmaqdan imtina ediblər.

“Bu həftənin başlanğıcında da insanların çoxlu dollar alırdılar. Lakin hazırda pulunu dollara dəyişmək istəyənlərin sayı o qədər də çox deyil.” Ona görə də hazırda məhdudiyyət aradan qaldırılıb. Satıcı bildirdi ki, hazırda əllərində kifayət qədər dollar var və istənilən məbləği dollara çevirə bilərlər. 

Hazırda valyuta mübadiləsi şöbələrində dolların alışı 1.05, satışı isə 1.052 manatdan həyata keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, bank sahəsi üzrə ekspert Cavid Kərimov qeyd edib ki, kommersiya banklarının dollar satışı limitindəki fərq onların dollar ehtiyatından asılıdır. "Azərbaycanda 44 kommersiya bankı var. Ola bilsin ki, Mərkəzi Bank həmin bankları dollarla təmin edərkən onların bəzilərinə daha az dollar düşüb. Buna görə də həmin banklar digərləri kimi limitsiz və ya 4-5 min dollar həcmində manatı dəyişməyiblər"

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev isə məsələ ilə bağlı ANS PRESS-ə verdiyi açıqlamasında bildirdi ki, bu limiti bankların özləri müəyyənləşdirir. Mərkəzi Bank bununla bağlı banklara heç bir məhdudiyyət qoymayıb. 

Avqust ayının 22-də Bakı şəhərində fəaliyyət göstərən valyutadəyişmə məntəqələri dollar satmaqdan imtina etmişdi.Bir sıra bankların satışı dayandırması mübadilə ilə məşğul olan digər bankların işini çətinə salmış,mübadilə ilə məşğul olan bankların qarşında izdiham yaşanmışdı və mübadilə ilə məşğul olan banklarda bir nəfərə yalnız 2000 dollar satılırdı. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et