Dollar rekord qırıb | Banco.az

Dollar rekord qırıb

Türkiyədə parlament seçki nəticələrinin açıqlanmasından sonra dollar rekord qırıb. 

Beynəlxalq valyuta bazarlarında dollar türk lirəsinə nisbətdə bahalaşaraq 2,80-ə çatıb. Avro isə 3,1120 TL.-yə çataraq son 1,5 ilin ən yüksək məzənnəsinə yüksəlib. 

Dollar son dəfə 24 aprel tarixində 2,7435 TL-yə yüksələrək rekord qırmışdı.
Analitiklər siyasi partiyaların hökumət qurmaq barədə verəcəyi şərhlərin valyuta bazarına əsas təsir amili olacağını deyirlər. 

Qeyd edək ki, Türkiyə daxilində 53 milyon 765 min 231 seçici yerli vaxtla saat 08.00-dən 17.00-yə (Bakı vaxtıyla 10.00 – 19.00) məntəqələrdə səs veriblər. 

Seçkidə AKP 40.85%, CHP 24,96%, MHP 16,28%, HDP 13.11%, Digər 4,8% səs yığıb. Seçkilərin hazırki nəticəsinə əsasən, Türkiyədə tək partiyalı hökumət dövrü 13 ildən sonra başa çatıb.

Ən sərfəli kredit üçün müraciət et