Dollar qlobal bazarlarda dəyər itirməkdədir | Banco.az

Dollar qlobal bazarlarda dəyər itirməkdədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dollar qlobal bazarlarda gücünü itirir.

Banco.az xəbər verir ki, dollar bütün G-10 valyutaları qarşısında dəyər itirərkən, Bloomberg Dollar İndeksi enişini 4-cü günə keçirib.

ABŞ-da dünən açıqlanan mart ayı istehsalçı inflyasiya məlumatlarının pandemiyanın başlanğıcından bəri ən kəskin enişi reallaşdırmasından və işsizlik müavinəti üçün müraciətlərin keçən həftə gözləniləndən daha çox artmasından sonra Wall Street indeksləri günü yüksəlişlə bağlayıb.

“S&P 500” 1,33 faiz, “Nasdaq 100” 2,03 faiz dəyər qazanıb. ABŞ indeksləri fyuçerslərdə cüzi korreksiyaya məruz qalsa da, Avropa indekslərindəki cədvəl yuxarıya doğru açılışa işarə edir.

Qeyd edək ki, Avro/Dollar ardıcıl 4 gün ərzində 1,95 faiz bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram