Dollar nə vaxt pik nöqtəyə çatacaq? | Banco.az

Dollar nə vaxt pik nöqtəyə çatacaq?

“İyun-iyul aylarında Rusiyada dolların qiyməti 55 rubla qədər yüksələcək”. 

Bu barədə Rusiyanın “MFX Capital” agentliyinin analitiki Anton Krasko bildirib. 
Onun sözlərinə görə, iyunun ortalarında Rusiya Mərkəzi Bankının iclası olacaq və həmin iclasda requlyator əsas faiz dərəcəsini aşağı sala bilər. Ehtimal edilir ki, dərəcə 1,5 faiz düşərək 11 faiz ola bilər. Bu isə xarici maliyyə institularının rublla ticarətdən gəlirlərini azaldacaq. 

Həmçinin gələn ay Avropa Birliyinin sanksiyalar üzrə iclası gözlənilir. Yəqin ki, yeni məhdudiyyətlər olmayacaq, amma əvvəlki məhdudiyətlər də aradan qaldırılmayacaq. 

Lakin digər rusiyalı ekspertlərin fikrincə, neftin qiymətinin Rusiya büdcəsində nəzərdə tutulan 50 dollardan yüksək olması, həmçinin Ukrayna böhranının sakitləşməsi kimi amillər yenidən rublu möhkəmləndirəcək. Nətijədə dollar ili 50 rubla bərabər şəkildə başa vuracaq. 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et