Dollar “NAFTA” xəbəriylə nisbətən bahalaşıb | Banco.az

Dollar “NAFTA” xəbəriylə nisbətən bahalaşıb

Dollar, Kanadanın “NAFTA” (Şimali Amerika Azad Ticarət Assosiyasiyası) ilə bağlı ABŞ – a imtiyaz verməyə hazır olduğuna dair xəbərlərin təsiri ilə nisbətən bahalaşıb.

Qeyd edək ki, ötən həftə dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən sürətli bahalaşma, cümə günü dinamikasının zəifləməsi ilə yadda qalmışdı. Səbəb isə Amerika ilə Kanada arasında “NAFTA” ilə bağlı razılığın əldə edilməməsi xəbərləri idi.

ABŞ – Çin arasındakı ticari gərginlik isə dolları təzyiq altında saxlamağa davam edir.

Çin gələn həftə ABŞ – a qarşı saksiya tətbiq etmək icazəsi almaq üçün Ümumdünya Ticarət Təşkilatına(ÜTT) müraciət edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: ABŞ tarifləri iqtisadiyyata mənfi təsir göstərir: - ARAŞDIRMA

Kanada mətbuatının məlumatına əsasən Dollar, rəsmi Ottavanın ABŞ – a Kanadanın süd məhsulları bazarına məhdud giriş imkanı yaratmağa hazır olmasını bildirməsindən sonra nisbətən bahalaşıb.

Qeyd edək ki, Kanadanın süd məhsulları bazarı iki ölkə arasında NAFTA danışıqlarında aparıcı mövzulardan biridir. 

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et