Dünya bazarında dollar/avro məzənnəsi yaxin 3 ildə azalma trendini qorusa da, qarşıdakı 1 il ərzində bir qədər möhkəmlənə bilər. Bu gün keçirəcək ABŞ Federal Ehtiyat Sisteminin (FES) növbəti iclasında ölkədə uçot dərəcəsinin artırılması barədə gələcək planlara üstüörtülü şəkildə toxunulacağı gözlənilir.
Banco.az "Report"a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da açıqlanacaq qərarda FES rəhbəri Cannet Yellenin uçot dərəcəsinin sentyabrda artırılması ilə bağlı niyyətin bildirəcəyi ehtimal edilir. Bu xəbərin açıqlanması ABŞ dollarına qısa müddətdə güc qazandıracaq. Lakin daha sonra investorları uçot dərəcəsinin növbəti artım tempi və zamanı maraqlandıracaq. Bu isə ABŞ və Çin iqtisadiyyatlarının qarşıdakı aylarda makroiqtisadi göstəricilərindən asılı olacaq.
"Report"un analitik qrupu qeyd eduir ki, Çin fond birjasında iyulda baş verən kəskin azalma bu ölkənin iqtisadiyyatı barədə müsbət gələcək vəd etmir. Məhz zəif Çin makroiqtisadi göstəricilərinin ABŞ iqtisadiyyatına mənfi effekt göstərəcəyi ehtimal olunur. ABŞ iqtisadiyyatının istənilən tempdə inkişaf etməməsi isə bu ölkənin uçot dərəcəsinin artırılmasına yaxın illərdə məhdudiyyyət yarada bilər. Məhz bu səbəbdən investorlar FES-in bugünkü açıqlamalarına xüsusi önəm verirlər. Əgər FES uçot dərəcəsini artırma prosesini dünya iqtisadiyyatındakı inkişafla əlaqələndirərsə , o zaman yaxın 1 ildə dollar müəyyən qədər zəifləyə bilər.
"Dollar/avro məzənnəsinin 1,22 səviyyəsinə qədər artacağı istisna olunmur. Uzun müddətdə isə dollar möhkəmlənmə trendini qoruyacaq və məzənnə 0,85 USD/EUR-a qədər geriləyəcək", - deyə "Report"un analitikləri bildirib.
Aşağıdakı qrafiklərdən göründüyü kimi, məzənnə müəyyən uzunmüddətli trend içərisində qalmaqda davam edir. Aşağı həddi hazırda 1,00, yuxarı həddi isə 1,32 səviyyəsindədir. Qısamüddətli qrafikdə isə 1,08-1,11 səviyyəsi arasında "bayraq" şəklində forma yaradır. Bir müddət burada qaldıqdan sonra, məzənnə özünə istiqamət təyin edəcək.