Dollar indeksi yüksələ bilər | Banco.az

Dollar indeksi yüksələ bilər

Beynəlxalq maliyyə bazarlarında investorların G20 görüşləri öncəsi ehtiyatlı mövqeyləri dollara olan tələbin artmasına təsir edir.

Bu gün və sabah Yaponiyada G20 ölkələrinin zirvə toplantısı fonunda baş tutacaq önəmli görüşlər fonunda avro və aparıcı valyutaların dollara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilir. 

Belə ki, investorların görüşlər öncəsi ehtiyatlı mövqeyləri dollara olan tələbin artmasına təsir edir. Təhlillərə əsasən, dollar indeksi bazar ertəsinin maksimum səviyyəsi üzərində qaldıqca, 0.2%-ə kimi də bahalaşa bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, bu gün Bakı vaxtı saat 12:30-da İngiltərənin iqtisadi inkişafı və saat 13:00-da Avrozonanın inflyasiyası ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatların da məzənnələrə güclü təsir edəcəyi gözlənilir. 

İnvvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et