Aparıcı maliyyə xidmətləri qrupu "Manulife" şirkətinin İnkişaf edən bazarlar üzrə strateqi Riçard Segal, Dollar/TL (Türk Lirəsi) məzənnəsi barədə proqnozlarını açıqlayıb.
Segal, məzənnənin ilin ilk yarısını 5.15 səviyyələrində başa vuracağını bildirib.
Segal, Türkiyə Mərkəzi Bankının məcburi ehtiyat normasını aşağı salmasının gözlənilməz bir addım olduğunu bildirərək "Bu, elastik valyuta siyasətinə doğru atılacaq ilk addım idi. Amma məncə faiz endirimi üçün bir neçə ay var",- deyib.
Segal il sonu Dollar/TL proqnozuna dair, "Türk Lirəsi bu an üçün sabitlik qazanıb. İlin ilk yarısını 5.15-lərdə başa vura bilər, ancaq inflyasiyada yüksəliş səbəbilə bir qədər zəifləmə gözləyirəm. İli 5.35 səviyyələrində bağlayacağını hesab edirəm",- deyib.
Segal kredit reytinqi təşkilatlarının Türkiyənin reytinqini artırması üçün, bələdiyyə seçkisindən sonra hökumətin struktur islahatlara diqqət yetirməsi lazım olduğuna diqqət çəkib.
marja