Dollar ilə bağlı vacib məlumatlar açıqlanacaq | Banco.az

Dollar ilə bağlı vacib məlumatlar açıqlanacaq

Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) gələn həftəki kritik toplantısından öncə son mühüm göstərici - kənd təsərrüfatı xaric məşğulluq göstəricisi açıqlanacaq.

Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq fevral ayı məşğulluq göstəricisinin 190 min olacağı gözlənilir. Yanvarda qeyri-kənd təsərrüfatında məşğulluq 227 min artmışdı.

Eyni zamanda, ABŞ-da işsizlik nisbətinin 4,7%-ə düşəcəyi, orta saatlıq maaşların 0,3% artacağı gözlənir. Yanvarda ABŞ-da işsizlik 4,8% olmuş, orta saatlıq maaşların artımı isə 0,1% təşkil etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Əgər açıqlanacaq faktlar proqnozlardan yüksək çıxarsa, dolların bahalaşacağı və FED-in martın 15-də faiz artıracağı ehtimalının daha da güclənəcəyi gözlənilir.

Federal Ehtiyatlar Sisteminin rəhbəri Canet Yellenin (Janet Yellen) daxil FED səlahiyyətlilərinin “şahin tonlu” açıqlamalar verərək buaykı iclasda faizin artırıla biləcəyini deyiblər.

Bu həftə ABŞ-da özəl sektorda məşğulluq göstəricisi də gözləniləndən daha yaxşı çıxıb.

Mənbə: Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et