ABŞ-da işsizlik 2007-ci ilin may ayından etibarən minimal həddə enib.
"Bloomberg" agentliyinə istinadən xəbər verir ki, mart ayında ABŞ-da işsizlik göstəricisi 4,5% təşkil edib, iş yerlərinin sayında artım isə 98 min nəfər olub.
İş yerlərinin sayında artım proqnozlaşdırılan 180 min nəfərdən xeyli az olması investorların ABŞ iqtisadiyyatının perspektivləri barədə narahatlığına səbəb olub.
Göstəricinin açıqlanmasından sonra ABŞ fond birjalarının fyuçersləri azalmağa başlayıb. Həmçinin, neftin qiyməti 55 dollar/barel həddindən aşağı düşüb və hazırda 54,70 dollar/barel təşkil edir.
Xatırladaq ki, səhər saatlarında ABŞ-ın Suriyanı bombalamasından sonra Brent markalı neftin qiyməti 56 dollar/barel səviyyəsinə yaxınlaşmışdır.
“Report”un analitik qrupu qlobal maliyyə bazarlarında kəskin dalğalanmanın davam edəcəyini proqnozlaşdırır.
Mənbə: Report.az