Dollar G -10 pulları qarşısında bahalaşır | Banco.az

Dollar G -10 pulları qarşısında bahalaşır

Dollar G - 10 pulları qarşısında bahalaşır və 16 həftənin ən yüksək səviyyəsinə yaxınlaşıb.

Dollar, Bazar ertəsi günü də bahalaşmaqda davam edərək 16 həftənin ən yüksək səviyyəsinə yaxınlaşıb.

Ötən həftə ABŞ Mərkəzi Bankın (Fed) pul siyasətini sərtləşdirməkdə davam edəcəyi mesajını verməsindən sonra Dolların bahalaşması sürətlənib.

Fed, ötən Cümə günkü toplantısında faizləri Dekabr ayında 25 bənd və 2019-cu ilin ortasına qədər daha 2 dəfə artırmaq planını təsdiq edib.

ABŞ - Çin ticarət gərginliyi ilə bağlı olaraq riskli aktivlərdən geniş miqyaslı çıxış, Çinin iqtisadi yavaşlaması, Brexit qeyri-müəyyənliyi və Roma ilə Avropa Birliyi arasında (AB) büdcə münaqişəsi də dollara müsbət təsir göstərir.

Bazar Ertəsi günü ABŞ valyutasının 6 mühüm valyutası qarşısındakı gedişini göstərən Dollar İndeksi (DXY) 0.21% yüksələrək 97.14 bəndi görüb.

Dolların 10 mühüm valyuta qarşısındakı dəyərini təqib edən Bloomberg Dollar Spot İndeksi isə 0,24% yüksələrək 1209.39-a qalxıb.

Bu gün səhər Avro/Dollar məzənnəsi 1.13075 səviyyəsini görüb. Məzənnə 1.12 səviyyələrinə düşə bilər (Dollar bahalaşır, Avro ucuzlaşır).

Marja.az