Dollar "Fed"dən sonra mühüm valyutalar qarşısında dəyərdən düşdü | Banco.az

Dollar "Fed"dən sonra mühüm valyutalar qarşısında dəyərdən düşdü

Dolların mühüm valyutalar qarşısında dəyərini ölçən Bloomberg Dollar Spot İndeksi (BBDXY), Fed-in İyun ayı toplantısında 2019-cu il üçün faiz endirimi siqnalı verməsinin ardından düşüb.

Fed 2019-cu ildə faiz endirə biləcəyinin siqnalını verib. Nöqtəli qrafikə görə,17 Fed üzvündən 8-i 2019-cu il üçün daha aşağı faiz proqnozu verib. Dünən faizi dəyişməyən bank, 2.25 - 2.50% aralığında sabit saxlayıb. Fed-in qərar mətnindən pul siyasəti üçün "səbrli" mövqe ifadəsi çıxarılıb.

Fed-dən sonra 0.5%-ə qədər düşən indeks 1193 bəndi görüb.  

Ən sərfəli kredit üçün müraciət et

Avro/dollar məzənnəsi 0.4 faiz yüksələrək 1.1268 səviyyəsindən əməliyyat olunub (Dollar ucuzlaşıb, Avro bahalaşıb). 

Fed-in qərarından sonra qızıl bahalaşıb. Qızılın unsiyasının qiyməti 1.4% qalxaraq 1379 dollara çatıb.

Həmçinin neft bahalaşıb. Brent nertinin qiyməti 1,3% yüksələrək 62,65 dollara qalxıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et