Dollar Fed ilə 2 ayın ən aşağı səviyyəsinə düşdü | Banco.az

Dollar Fed ilə 2 ayın ən aşağı səviyyəsinə düşdü

Beynəlxalq bazarlarda Dollar, ABŞ və Çin arasında ticarət danışıqlarının başlaması və Fed-in faiz artırmağa fasilə verəcəyi ehtimalı ilə ucuzlaşır.

Dolların qiyməti mühüm valyutalar qarşısında iki ayın ən aşağı səviyyəsinə enib.

ABŞ-ın pul vahidinin G-10 ölkələrinin pulları qarşısındakı gedişini göstərən Bloomberg Dollar İndeksi, Fed sədri Jerome Pauellin mərkəzi bankın ABŞ iqtisadiyyatı zəifləyərsə faiz artırmağa fasilə verə biləcəklərinə işarə etməsinin ardından 0.3 faiz geriləyib və 18 Oktyabrdan bu yana ən aşağı səviyyəsini görüb.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda İndeks 1188.83 səviyyəsindədir. 
 
Analitiklər bildirirlər ki, Dollar "etibarlı liman" pul vahidi olaraq güclü qalır, ancaq belə bir şəraitdə, yəqin ki Yen xaric, digər valyutalar qarşısında təbii olaraq düşür. Fed-in mesajında Cümə günkü dəyişiklik ABŞ valyutası üzərində təzyiq yaradır.
 
Dollar/yen məzənnəsi, erkən saatlarda 0.3 faiz qədər yüksəldikdən sonra 0.3 faiz düşərək 108.21 səviyyəsinə enib.

Avro/Dollar məzənnəsi 0,23% artaraq 1.1427 səviyyəsinə qalxıb (Avro bahalaşıb, Dollar ucuzlaşıb.)

marja

Ən sərfəli krediti almaq üçün müraciət et