“ABŞ dolları yaxın gələcəkdə dominant qlobal valyuta ehtiyatı olmaqda davam edəcək və ABŞ-ın kredit reytinqləri baxımından əhəmiyyətli rol oynayacaq”.
Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin yaydığı hesabatda qeyd olunub.
Hesabat müəlifləri hesab edir ki, ABŞ maliyyə bazarlarının şəffaflığı, o cümlədən ölkənin monetar siyasətinin sabitliyi və proqnozlaşdırıla bilən olması ABŞ dollarının etibarlılığını daha da gücləndirir. “Ümumiyyətlə, qlobal valyuta ehtiyatları reytinqi ötən onillik ərzində cüzi dəyişikliklər nümayiş etdirib. Valyuta ehtiyatlarının əksəriyyətinin payının azalmasına baxmayaraq, avro 20 faiz payla 2-ci yerdə, ABŞ dolları isə 63 faiz payla reytinqin ən üst pilləsində qəraralaşıb. Gələcəkdə avroya tələb onun idarə orqanlarının və risklə mübarizə mexanizmlərinin gücündən asılı olacaq,” – deyə hesabatda qeyd olunub.
© Finans